Hindistanda koronavirusun yeni növü aşkar edilib   

Apr21,2021 #Hindistan

Hindistanlı həkimlər ölkənin Qərbi Benqaliya ştatında koronavirusun yeni növünü aşkar ediblər.

“QİA.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, SARS-CoV-2 virusunun yeni ştammı “B.1.618” adlandırılır.

Koronavirusun bu yeni növü ona insanın immun sistemindən yayınmağa kömək edən “E484K” adlı mutasiya ilə xarakterizə edilir.

Bu, koronavirusun Hindistanda aşkar edilmiş ikinci ştammıdır. Birinci ştamm “B.1.617” və ya ikili mutasiya etmiş koronavirus adı ilə tanınır.

Qeyd edək ki, “E484K” mutasiyası həmçinin koronavirusun Cənubi Afrika, Braziliya və Banqladeş ştammlarında da baş verib.

Oxşar Xəbərlər