Hindistan hökuməti ötən gün koronavirusun Delta variantının yoluxma gücü daha çox olan “Delta Plus” mutasiyasına 40 nəfərin yoluxduğunu açıqlayıb.
“QİA.AZ” yerli KİV-ə istinadən xəbər verir ki, buna Maharaştra, Kerala, Madhya Pradeş ştatlarında rast gəlinib.
İlk dəfə iyunun 11-də mətbuat vasitəsilə açıqlanan “Delta Plus”la bağlı (K417N) ayın 16-na olan vəziyyətə görə yoluxma 11 ölkədə, ABŞ-da (83 yoluxan), Böyük Britaniyada (36), Hindistanda (8), İsveçrədə (18), Kanadada (1), Nepalda (3), Polşada (9), Portuqaliyada (22), Rusiyada (1), Türkiyədə (1), Yaponiyada (15) qeydə alınıb. Hələlik sözügedən variantdan ölüm halı baş verməyib.