Dünya

Hindistanda leysan yağışları insan tələfatına səbəb olub

Hindistanın cənubundakı Tamil Nadu ştatında leysan yağışları səbəbindən ən yüksək təhlükə elan edilib.

QİA.AZ xəbər verir ki, bu barədə “Indian Express” qəzeti məlumat yayıb.

Hindistan Meteorologiya Departamentinin bülleteninə görə, Benqal körfəzində formalaşan aşağı təzyiq zonası səbəbindən bu ştatda üç gündür leysan yağışları fəsadlar törədib.

Tamil Naduda güclü yağışlar 500-dən çox evi dağıdıb, məktəb və kollecləri bağlayıb.

Məlumata görə, kəskin hava şəraiti 5 nəfərin ölümünə səbəb olub.

Əlaqəli xəbər

Back to top button