Hindistanda milli kriptovalyuta yaradılır

Noy23,2021

Hindistan parlamenti noyabrın 29-da qış sessiyası zamanı milli kriptovalyutanın yaradılması və ölkədəki bütün özəl kriptovalyutaların qadağan edilməsi haqqında qanun layihəsinə baxacaq.

QİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının iclasının gündəliyində deyilir.

Həmçinin daha 25 qanun layihəsi aşağı palata baxılmaq üçün təqdim olunacaq.

2020-ci ilin martında Ali Məhkəmə Hindistan Mərkəzi Bankının 2018-ci ildə tətbiq etdiyi rəqəmsal valyutaların ticarətinə qoyduğu qadağanı ləğv etdikdən sonra kriptovalyuta birjaları və onların ticarəti ciddi problemə çevrilib. Bundan əvvəl ölkə hakimiyyəti kriptovalyutaların tənzimlənməsi qaydalarının olmaması səbəbindən bitkoinlərin qanunsuz fəaliyyətlərdə, o cümlədən çirkli pulların yuyulmasında istifadə edilməsindən narahatlığını bildirib.

Oxşar Xəbərlər