Hindistanda oğurluq edən meymunlar və onların sahibləri yaxalanıb

Hindistanın paytaxtı Nyu-Dehlidə polis meymunlara yoldan keçənlərdən oğurluq etməyi öyrədən iki nəfəri saxlayıb.

“QİA.az” xəbər verir ki, bu barədə “Al Arabiya” bildirib.

Onlarla bağlı ərizəni yerli vəkil yazıb.

Qeyd edilir ki, hüquqşünas heyvanların onun ciblərindən altı min rupi oğurladıqlarını görüb. Meymunlarla birlikdə kişilər qaçıblar.

Asayiş keşikçiləri onlardan ikisini avtobus dayanacağında saxlamağa müvəffəq olub. Üçüncü cinayətkar qaçaraq gizlənməyi bacarıb. Bundan sonra meymunları heyvanların xilasetmə mərkəzinə göndəriblər.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər