Hindistanda 1 sutkada rekord həddə koronavirusdan ölüm qeydə alınıb

Hindistanda koronavirus (COVID-19) infeksiyasına 392 488 yeni yoluxma faktı qeydə alınıb.

“QİA.az” xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Sutka ərzində analiz nümunələri müsbət çıxan 3 689 nəfər vəfat edib. Bu, ölkədə qeydə alınan sutkalıq koronavirusdan ölüm hadisəsidir.

İndiyədək ölkədə ümumilikdə 19 557 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 542 nəfər vəfat edib.

Oxşar Xəbərlər