Hindistanın Madhya Pradeş əyalətində bir sərnişin avtobusu körpüdən aşaraq kanala düşüb.
“QİA.AZ” xəbər verir ki, bu barədə Hindistan mətbuatı yerli hökumət orqanlarına istinadən məlumat verib. Hadisə nəticəsində avtobusda olan 46 sərnişindən 40-ı həlak olub, 6-sı isə xilas edilib.
Hadisə ilə bağlı istintaq başladılıb.
Qeyd edək ki, Hindistanda hər il 100 mindən çox insan yol qəzalarının qurbanı olur.