Son sutka ərzində Hindistanda 412 262 koronavirus xəstəsi aşkar edilib, 3 980 nəfər bu xəstəlik səbəbindən ölüb.
“QİA.az” TASS agentliyinə istinadən xəbər verir ki, bu, Hindistan üçün rekord göstəricilərdir.
Yoluxma ilə bağlı əvvəlki anti-rekord mayın 1-də qeydə alınıb (401 993 xəstə). Ölümlərin sayında isə əvvəlki rekord göstərici barədə dünən məlumat verilib (3 780 ölü).
Epidemiya dövründə ölkədə yoluxanların ümumi sayı 21 077 410-a, ölənlərin sayı isə 230 168-ə çatıb.