Hindistanda yol qəzasında 17 nəfər ölüb, 18 nəfər yaralanıb

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında avtobusla avtoyükləyicinin toqquşması nəticəsində azı 17 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

“QİA.az” “Associated Press”ə istinadən xəbər verir ki, hadisə Kisan Naqar yaşayış məntəqəsi ərazisində baş verib.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi çevrilib. Avtobusda olan 17 sərnişin hadisə yerində ölüb.

Hindistanın baş naziri Narendra Modi ölənlərin ailələrinə və xəsarət alanlara maddi yardım göstərilməsi ilə bağlı göstəriş verib.

Oxşar Xəbərlər