Hindistanın baş naziri koronavirusa qarşı peyvənd olundu

Mar1,2021

Hindistanın baş naziri Narendra Modi koronavirusa qarşı peyvənd olunub.

“QİA.AZ”ın məlumatına görə, bu barədə baş nazir özünün “Twitter” səhifəsində yazıb.

N.Modi bildirib: “AIIMS-də (ÜmumHindistan Tibbi Tədqiqat İnstitutu – red.) COVİD-19-a qarşı peyvəndimin ilk dozasını aldım. Həkimlərimizin və alimlərimizin COVID-19-a qarşı qlobal mübarizəni gücləndirmək üçün belə sürətlə çalışmaqları çox gözəldir. Peyvənd almaq hüququ olan hər kəsə müraciət edirəm: Gəlin birlikdə Hindistanı COVID-19-dan azad edək”.

Qeyd edək ki, Hindistanda bu gün vaksinasiya kampaniyasının ikinci mərhələsi başlayıb.

Oxşar Xəbərlər