Hindistanın paytaxtında koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır

Hindistanın paytaxtı Delhi şəhərinin səlahiyyətliləri bölgədə koronavirusun yayılmasına qarşı tədbiq edilən məhdudiyyətlərin yumşaldılması barədə qərar qəbul ediblər.

Bu gündən etibarən qeyd edilən ərazidə metro və avtobuslar tam qrafiklə xidmət göstərəcək, kinoteatrlar isə yarısına qədər dolmaq şərti ilə işləyəcəklər.

Bütün mağazalara tam həftə müddəti saat 10:00-dan 20:00-dək fəaliyyət göstərməyə icazə veriləcək. Toy və dəfn mərasimlərində toplanma həddi 50 nəfərdən 100-ə qaldırılıb.

Qeyd edilir ki, məhdudiyyətlərdə yumşalmalar barədə qərar paytaxtda “COVID-19” virusuna yoluxma saylarının azalması fonunda qəbul edilib.

Oxşar Xəbərlər