“Hizbullah” təşkilatının silahlı birləşmələri Yuxarı Qalileydə İsrail yaşayış məntəqələrinə kütləvi raket zərbələri endirib.
QİA.az xəbər verir ki, bu barədə “Report” “Al Mayadeen” telekanalına istinadən məlumat verir ki, döyüşçülər çoxsaylı raket sistemlərindən 50-dən çox mərmi atıblar. İsrailin 15 yaşayış məntəqəsində hava hücumu sirenləri işə düşüb.
Qeyd olunub ki, İsrailin hava hücumundan müdafiə sistemləri raket və minaatan hücumunu dəf edir. Mərmilərin Beyt Hillel, Kiryat Şmona və Misqav Amadan atıldığı bildirilir.