Hollondeyl Biç şəhər meri Xocalı soyqırımı ilə bağlı bəyannamə imzalayıb

Fev19,2021

ABŞ-ın Florida ştatının  Holondeyl Biç şəhər meri Coy F. Kuper Xocalı soyqırımı ilə bağlı bəyannamə imzalayıb. Bəyannaməyə əsasən Xocalı soyqırımının 29-cu ilində soyqırım qurbanlarının xatirəsi yad ediləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən “QİA.AZ”a verilən məlumata görə, belə bir bəyannamənin qəbul edilməsi Florida Azərbaycan İcmasının, xüsusilə
Florida Azərbaycan Amerika Mədəniyyət Assosiasiyasının mühüm səyləri nəticəsində mümkün olub.

Bu il Amerika Birləşmiş Ştatlarında Xocalı soyqırımını tanıyan ştatların sayının daha da artması Azərbaycan diasporunun uğuru sayılır.

Oxşar Xəbərlər