Hövsandakı istirahət mərkəzində tullantı yerlərinin müəyyənləşmədiyi aşkarlanıb

Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.

QİA.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda keçirilən tədbir zamanı Hövsan qəsəbəsində yerləşən istirahət mərkəzlərindən birində tullantı yerlərinin müəyyənləşdirilmədiyi aşkar edilib.

Tullantı emalı yerlərinin müəyyənləşdirilməsi qaydalarının pozulmasına görə həmin istirahət mərkəzinin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu sahədə tədbirlər davam etdirilir.

Oxşar Xəbərlər