“Huawei” sanksiyalardan xeyli ziyan çəkib

Yan28,2021

Çinin “Huawei” şirkəti 2020-ci ilin dördüncü rübündə dünya bazarına 33 milyon smartfon tədarük edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 41 faiz azdır.

QİA.AZ “CNBC”yə istinadən xəbər verir ki, bu azalmanın səbəbi ABŞ tərəfindən 2019-cu ilin may ayından tətbiq edilən sanksiyalardır.

Belə ki, Vaşinqtonun məhdudlaşdırıcı tədbirləri nəticəsində şirkət “Google” kimi tərəfdaşla əlaqələrdən məhrum edilərək “Android” əməliyyat sistemi tətbiqindən kənarlaşdırıldı, həmçinin çip və başqa mühüm parçalar əldə etməklə bağlı böyük çətinliklərlə üzləşərək smartfon istehsalında birinci yerdən altıncı yerə geriləyib. Belə ki, hazırda “Huawei” dünya smartfon bazarının 8 faizinə nəzarət edir.

Həmçinin 2020-ci ilin dördüncü rübündə “Huawei” Çində 24,2 milyon smartfon satıb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 40 faiz azdır.

Oxşar Xəbərlər