“Huawei Technologies Azərbaycan” MMC-nin Baş direktoru cənab Lu Canlin və şirkətin Avrasiya və Qafqaz regionu üzrə vitse-Prezidenti cənab Ma Titan Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərovla görüşüb.
“QİA.AZ”ın Daimi Nümayəndəlikdən aldığı məlumata görə, görüşdə şirkətin Naxçıvan Muxtar Respublikası ilə əlaqələri,təhsil sahəsində informasiyaların sistemləşdirilməsi,təhsil və təcrübə laboratoriyalarının yaradılması,həmçinin təhsil sistemində distant təhsil avadanlıqları və proqram təminatının optimallaşdırılması sahəsində təcrübəsi,muxtar respublika ilə sıx əməkdaşlıq imkanları və digər maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ