Hulusi Akar Macarıstana səfərə gedib

Fev3,2021

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Macarıstanda səfərdədir.

“QİA.AZ” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, onu paytaxt Budapeştin hava limanında Macarıstan müdafiə naziri Tibor Benko qarşılayıb.

Nazirlər ilk növbədə paytaxtdakı Türk Şəhidliyini ziyarət ediblər. Buradakı anım mərasimində Hulusi Akar, daha sonra isə Tibor Benko Birinci Dünya müharibəsi Qalisiya cəbhəsi şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə əklil qoyublar.

Daha sonra nazirlər Gül Baba türbəsini ziyarət ediblər.

Oxşar Xəbərlər