Hulusi Akar Pakistanın Baş naziri ilə görüşüb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Pakistanın Baş naziri İmran Xanla görüşüb.

QİA.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə Pakistanın müdafiə naziri Pərviz Hattak və Pakistan Quru Qoşunları komandanı Qamar Cavid Bacva da iştirak edib.

H.Akar Pakistanla Türkiyə arasındakı tarixi əlaqələrə toxunub, Kəşmir məsələsində Türkiyənin dəstəyini ifadə edib.

Nazir həmçinin hərbi təhsil sahəsində əməkdaşlığın önəmini vurğulayıb.

Oxşar Xəbərlər