Hulusi Akar: “Türkiyə Qarabağa 60 hərbçi göndərib”

“Qarabağda atəşkəs rejiminə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi haqqında razılaşma təmin olunub. Hazırda mərkəzin tikintisi davam edir”.

“QİA.AZ” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

Nazir qeyd edib ki, Türkiyə Qarabağa artıq 60 hərbçi göndərib.

“Xidmət müddəti ilə bağlı məsələni Rusiya tərəfi ilə müzakirə edəcəyik”, – o vurğulayıb.

Oxşar Xəbərlər