Texas ştatının Hyuston şəhərində ABŞ-ın Azərbaycan icmasının üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz və Azərbaycan Ordusuna Dəstək aksiyası keçiriblər.
QİA.AZ xəbər verir ki, “Report”un xarici müxbiri, Hyuston şəhər administrasiyası binasının qarşısında keçirilən aksiya zamanı icma üzvləri Ermənistanın Azərbaycanın Bərdə şəhərinə qarşı sonuncu raket hücumunu, Yeravanın günahsız mülkü insanlara qarşı keçirilən soyqırımı siyasətini pisləyib, ABŞ administrasiyasını Ermənistanı təcavüzkar dövlət olduğunu tanımağa çağırıb, Qarabağın Azərbaycan torpağı olduğunu qeyd ediblər, amerikalılara Azərbaycan həqiqətlərini çatdırıblar.
Aksiya iştirakçıları işğal altında olan torpaqların “mübahisəli” deyil, beynəlxalq səviyyədə tanınmış əzəli Azərbaycan torpağları olduğunu qeyd ediblər.
Aksiya zamanı, həmçinin Ermənistan silahlı qüvvələrinin Gəncəyə, Mingəçevirə və digər yaşayış məntəqələrinə ballistik raket zərbələri haqqında məlumat veriblər. Tədbirdə 300-dən çox icma üzvü iştirak edib.
Eyni zamanda, Azərbaycan icma üzvləri İsrail, Pakistan, Türkiyə və Ukraynanın bayraqlarını qaldıraraq bu ölkələrə Azərbaycanı dəstəkləmələrinə görə təşəkkürlərini bildiriblər.