İƏT Təmas Qrupu Ağdam rayonu və Gəncə şəhərinə səfər edəcək

Apr 5, 2021

Cari ilin 5 aprel tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri başlayıb.

QİA.AZ-ın məlumatına görə, 06 aprel tarixində nümayəndə heyətinin Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə tanışlıq məqsədilə işğaldan azad edilmiş Ağdam rayonu və Gəncə şəhərinə səfəri baş tutacaq.

Səfər çərçivəsində, həmçinin İƏT Təmas Qrupunun nümayəndələrinin müxtəlif dövlət qurumlarında görüşləri nəzərdə tutulur.

Oxşar Xəbərlər