I Beynəlxalq Opera Festivalının beşinci günü Gəncədə keçirilib

May2,2024

Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalının beşinci günü Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində keçirilib.

QİA.az xəbər verir ki, tədbirdə italiyalı qonaq – opera müğənnisi xanım Repalta Bufo, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, beynəlxalq festivalların iştirakçısı, estrada vokalçısı Kamilla Məmmədzadə və digər artistlər iştirak ediblər. Onların ifası Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri tərəfindən müşayiət olunub.

Anşlaqla keçən konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərləri ifa edilib. Sonda vokalçılar Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını oxuyublar.I Beynəlxalq Opera Festivalı Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə təşkil edilib və mayın 3-dək davam edəcək.

Oxşar Xəbərlər