“I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Apr25,2024

Azərbaycan Mətbuat Şurası, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi və “525-ci qəzet”in birgə təşkilatçılığı ilə “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsi çərçivəsində növbəti görüş baş tutub.

QİA.az xəbər verir ki, layihənin növbəti qonağı “525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin Hüseynli olub.

Seyfəddin Hüseynli “Hər kəs mədəniyyət müxbiri ola bilərmi?” mövzusu ilə tələbər qarşısında çıxış edib.

Azərbaycan mediasında kifayət qədər yüksək nüfuza malik, media ilə uğurlu münasibət qurmağı bacaran S. Hüseynli tələbələrlə uğurlu jurnalist və uğurlu mədəniyyət müxbiri olmağın sirlərini bölüşüb.


İnteraktiv formada davam edən görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

Nahid Xəlilov

Oxşar Xəbərlər