I Qarabağ müharibəsinin Laçın uğrunda canından keçən şəhidi İbrahimov Zakir

Apr13,2021

Bu yazımızda sizlərə qəhrəman Azərbaycan oğlu, ? Qarabağ müharibəsinin şəhidi İbrahimov Zakir Sabir oğlundan bəhs edərək, onun uca xatirəsini yad edirik.

Şəhid İbrahimov Zakir ????-cı ildə Qarabağın incisi Şuşa şəhərində anadan olub. Orta təhsil müddəti ərzində riyaziyyat elminə xüsusi maraq göstərən şəhidimiz, çoxsaylı riyaziyyat olimpiadalarının qalibi olmuş, məzun olduqdan sonra Azərbaycan Dövlət Universitetinin mexaniki riyaziyyat fakültəsinə daxil olmuşdur. Peşə fəaliyyətinə doğma Laçında riyaziyyat müəllimi kimi başlayan Zakir, tezliklə məktəb direktoru və sovxoz rəhbəri təyin edilir. ????-ci il ? Qarabağ müharibəsi başlar-başlamaz şəhid İbrahimov, çağırışı gözləmədən könüllü olaraq leytenant qismində öz ana yurdu uğrunda döyüşlərə qatılmış, göstərdiyi şücaətə görə baş leytenant rütbəsi almış və bölük komandiri təyin edilmişdir. Malxələf və Səfiyan kəndləri uğrunda gedən ağır döyüşlərdə qəfil düşmən gülləsinə tuş gəlmiş və qəhrəmancasına müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. Bütün şəhid vətən oğulları bizim qürur mənbəyimiz, müstəqillik carçılarımızdır. Hər birinin fədakarlığı və şücaəti sayəsində, bu gün Qarabağ Azərbaycandır! Allahdan ümum şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfalar diləyirəm!

***

Laçının işğalını qəbul etmək istəməyən neçə neçə igidlərimiz Laçını geri almaq üçün hərbi forma geyinib Laçın ərazisində yerləşən hərbi hissələrə yollandılar. Onlardan biri də ehtiyatda olan baş leytenant İbrahimov Zakir Sabir oğlu idi. Laçının işğalından bir neçə gün sonra Bakıda, B. Sərdarov küçəsində yerləşən Laçın qərargahında könüllülərdən ibarət 26 nəfərlik bir tağım toplanmışdı. Laçın Alayı hələ Laçının işğalından 18 gün əvvəl 30 apreldə MN- liyi tərəfindən ləğv edilsə də, onlar Laçın ərazisini tərk etməyərək Laçının Güləbird, Səfiyan, Suarası, Fərəcan, Qız Qəbiri, Cicimli kəndləri ərazisində müdafiə mövqeyi tutmuşdular. B/l-t İbrahimov tərəddüd etmədən könüllülərdən ibarət topladığı tağımı Laçının Güləbird kəndinə gətirmiş və həmin ərəfədə aldığı güllə yarasından yaralananadək bütün döyüşlərdə iştirak etmişdir. Ağır yaralı İbrahimov Bakı şəhərində yerləşən hospitala gətirilir. O, yarasının çox ağır olması səbəbindən dünyasını dəyişir.

Qəhrəman zabit Zakir İbrahimovun əbədi xatirəsi qəlbimizdə daima yaşayacaqdır.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər