Türkiyəli 69 yaşlı müğənni İbrahim Tatlısəsin özündən 42 yaş kiçik sevgilisi Gülçin Karakaya ilə ailə quracağı iddia edilib.
“QİA.AZ” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İddiaya görə, Gülçin Tatlısesin evlilik təklifinə “hə” cavabını verib. Toy tarixi açıqlanmasa da, cütlüyün artıq nikah hazırlıqlarına başlandığı deyilir.
Qeyd edək ki, ailəsi Gülçinə “Bu iş ya sonlansın, ya da evlənin” basqısını edirdi.
İbrahim Tatlısəs 4 dəfə ailəli olub. Sənətçinin bu evliliklərdən 7 övladı var.