“Məktəblilərin çantalarının ağırlığı ilə bağlı həll yolu artıq tapılıb. Təhsil Nazirliyi bu ildən I siniflərdə dərsliklərin iki yarımildə çap olunmasını tətbiq etməyə başlayıb. Növbəti ildən başlayaraq II, III siniflərdə, ibtidai siniflərdə dərslikləri bu modelə keçirmək nəzərdə tutulur”.
“QİA.az” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı bu günlərdə keçirilən sorğunun nəticələri ilə bağlı danışarkən deyib. O qeyd edib ki, bu da çantaların ağırlığına çox təsir edəcək.
Nazir, həmçinin məktəblilərin valideynlərinə, xüsusilə də analarına müraciət edib, onlardan çantaları lazımsız əşyalarla doldurmamağı xahiş edib: “Analardan xahişim budur ki, çantaları lazımsız əşyalarla yükləməsinlər”.
QİA.az