Bu gün Azərbaycan səhiyyəsi iki cəbhədə mübarizəni davam etdirməkdədir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın dəstəyi ilə ön cəbhədə və koronavirusla mübarizədə səhiyyə resurslarımız səfərbər olunub və bütün lazımi addımlar atılır.
QİA.AZ xəbər verir ki,bu barədə “Report”a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verirlib.
Bildirilib ki, ölkəmiz üçün bu məsuliyyətli dönəmdə xalqın birlik və həmrəylik nümayiş etdirərək dövlətə dəstək olması qürurvericidir. Vətəndaşlar tərəfindən orduya dəstək aksiyaları yüksək vətənpərvərlik hissi ilə ümumxalq hərəkatına çevrilməkdədir.
Son zamanlar bir çox azərbaycanlı iş adamlarının səhiyyəyə, dolayısı ilə orduya dəstək məqsədli müraciətləri çoxalmaqdadır. İş adamları ölkə üzrə tibb müəssisələrinin maddi-texniki bazasının və təchizatının yaxşılaşdırılmasına dəstək olurlar. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) həmin şəxslərə öz təşəkkürünü bildirir və bu fəaliyyəti yüksək qiymətləndirir.
Sözügedən dəstək təşəbbüslərinin artmasını nəzərə alaraq bildiririk ki, tibb müəssisələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı fəaliyyətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və yardımın səmərəliliyinin artırılması məqsədilə Agentliyə müraciət edilməsi məqsədəuyğun hesab edilir. Bununla bağlı müraciətlərin qeyd edilən elektron poçt ünvanına ([email protected]) göndərilməsi xahiş olunur.