İctimai iaşə müəssisələrində pandemiya ilə bağlı görülən işlərə dair hesabat açıqlanıb.
QİA.AZ xəbər verir ki, cari ilin 01 fevral – 14 mart tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 26662 monitorinq həyata keçirilib və 1307 nöqsan aşkar edilib.
Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (28), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5) aşkar edilmişdir.
Ən çox aşkar olunmuş nöqsanlar:
– İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi – 1110 (84 %);
– İctimai iaşə müəssisələrində müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması – 138 (10%);
Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 59336 monitorinq həyata keçirilmiş və 3408 nöqsan aşkar edilmişdir.