İdeal yuxu müddəti nə qədər olmalıdır?

Amerika Birləşmiş Ştatlarında bir qrup alimin araşdırmasına əsasən 6-7 saatlıq gecə yuxusunun ürək sağlamlığı üçün daha faydalı olacağı müəyyən edilib.

“QİA.az” xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma zamanı gecə 6-7 saat yatanlarla daha çox yuxuda olanlar müqayisə edilib. Nəticədə 6-7 saat yatanların infrakt və iflic keçirmə ehtimallarının çox az olduğu məlum olub.

Həmçinin düzgün yuxu müddəti olanların ölüm riskinin də digərlərinə nisbətən çox az olduğu deyilib. Alimlərin verdiyi məlumata əsasən, yuxu müddəti ürək sağlamlığı ilə birbaşa bağlıdır. Bundan başqa, təkcə yuxunun müddəti deyil, onun keyfiyyətinin də mühüm olduğu vurğulanıb.

Digər xəbərlər: 

Oxşar Xəbərlər