İFOP: Fransanın yeni baş nazirinin reytinqi sələflərindən daha aşağıdır

Fransanın Sosial sorğu və marketinq İnstitutunun (İFOP) keçirdiyi sosial sorğunun nəticələrinə görə fransızların yalnız 36 faizi Fransua Bayrunun yeni baş nazir təyin edilməsindən məmnundur.

Qia.az xəbər verir ki, İFOP-un “Sud Radio” üçün apardığı sosial sorğuya görə respondentlərin yalnız 49 % yeni baş naziri dost, 44% səriştəli, 35% -i isə fransızları bir araya gətirməyə qadir hesab edir.

Yeni Baş nazir fransızların 36%-ni məmnun edir ki, bu da onun əvvəlki 3 sələfindən xeyli aşağıdır. Hökumət başçısı təyin olunduqdan sonrakı günlərdə Mişel Barnye (52 faiz), Qabriel Attal (53 faiz), Elizabeth Borne (47 faiz) ilə bağlı daha müsbət rəy olub.

Sorğuya görə Makron populyarlığının ən aşağı səviyyəsində qalır. Şəxsiyyətlər sıralamasında Eduard Filip, Qabriel Attal və Cordan Bardella öndədir.

Rəyi soruşulanların 55 faizi Fransua Bayrunu “dialoqa açıq” hesab edir. Bu isə sentyabrda vəzifəyə gəldiyi zaman Mişel Barnyedən 6 bal azdır.

Respondentlərin üçdə ikisi, yəni 67 faizi yeni baş nazirin Milli Assambleyada (Parlamentin aşağı palatası) daha tez etimad səsverməsi məruz qalacağına inanır. Bu da sentyabrda Mişel Barnyenin proqnozundan (74 faiz) bir qədər zəifdir.

Oxşar Xəbərlər