İİTKM Vətən müharibəsi, post-konflikt dövründə fəaliyyətə aid hesabat verib

Noy26,2020
İİTKM Vətən müharibəsi, post-konflikt dövründə fəaliyyətə aid hesabat verib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Vətən müharibəsi və post-konflikt dövründəki analitik-informasiya və kommunikasiya tədbirləri barədə hesabat təqdim edib.

QİA.AZ xəbər verir ki, Qurumun Kommunikasiya departamentinin rəhbəri Zənurə Talıbova “Report”a bildirib ki, sənəddə bu il sentyabrın 27-dən noyabrın 20-ə qədər İİTKM-nin Qarabağın iqtisadi inkişafı və Ermənistanla resurs müharibəsi mövzusunda hazırlanan materialların bir qismi barədə məlumatlar təqdim edilib.

Göstərilib ki, İİTKM-in 400-ə yaxın məqalə, müsahibə və şərhi dünyanın nüfuzlu media orqanlarında Azərbaycan, rus, ingilis, erməni, ispan, rumın, urdu və bolqar dillərində dərc olunub. Həmin məqalələrin bir qismi hesabatda nümunə kimi göstərilib.

Eyni zamanda yerli və beynəlxalq teleradio kanallarına açıqlamalar verilib. 20-ə yaxın TV və radioda 90-a yaxın çıxış olub, Vətən müharibəsinin gedişində fərqli istiqamətlər üzrə 4 mətbuat konfransı keçirilib, İİTKM-in hazırladığı araşdırmalar təqdim edilib. Bu araşdırmalar əsasən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dinc əhaliyə və mülki infrastruktura dəymiş ziyan, Ermənistanın hərbi itkiləri barədə olub.

İİTKM–in sosial şəbəkələrdəki rəsmi səhifələrində 500-dən artıq məlumatlandırıcı postlar paylaşılıb.

Oxşar Xəbərlər