İki idmançımız İtaliyada qızıl medal qazanıb

Apr18,2021 #İdman #İtaliya #Qızıl medal

İtaliyanın Cesolo şəhərində keçirilən “2021 World Para Athletics Grand Prix” yarışında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T12 kateqoriyasında iştirak edən Kamil Əliyev uzunluğa tullanma növündə 6.98 m nəticə göstərərək qızıl medal qazanıb.

Bu barədə “QİA.az”a Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, Kamil Əliyev Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziyasını artıq təmin edib.

Digər idmançı, T13 kateqoriyasında iştirak edən Orxan Aslanov uzunluğa tullanma növündə 6.78 m nəticə göstərərək qızıl medal qazanıb.

Beləliklə idmançımız Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb.

Oxşar Xəbərlər