Zəfər günü ilə bağlı qəbul edilən Amnistiya aktının tətbiqi ilə bağlı 2 nəfər Vətən müharibəsi iştirakçısı cəzadan azad edilib.
Bunu Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov deyib.
O bildirib ki, bununla yanaşı cəzadan azad edilənlərdən 92 qadın, 566 nəfər kişi, 47 nəfər 60 yaşdan yuxarı məhkumlardır.