İlham Əliyev “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi ilə bağlı paylaşım edib.

“QİA.az” xəbər verir ki, paylaşımda deyilir:

“Əziz bacılar və qardaşlar!

Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər