İlham Əliyevin təşəbbüsü ilə metronun yeni stansiyası “8 Noyabr” adlanacaq

Dek8,2020
İlham Əliyevin təşəbbüsü ilə metronun yeni stansiyası “8 Noyabr” adlanacaq

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.

QİA.AZ bildirib ki, bu barədə “Report”a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir:

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”.

Oxşar Xəbərlər