İmişli rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahididir. İnzibati mərkəzi İmişli şəhəridir.
Tarixi
1930-cu il avqust ayında Qaradonlu rayonu təşkil olunur. Hələ Çar Rusiyası dövründə qurulmuş Qaradonlu Cavad qəzasına daxil idi. Qaradonlu rayonun ən qədim kəndlərindən hesab olunur. Ərazinin karvan yolları üzərində və Araz çayı sahilində yerləşməsi, su mənbələrinin bol olması, məhsuldar torpaqların çox olması burada kənd təsərrüfatının xüsusən də bitkiçiliyin inkişafına səbəb olmuşdur.
Hələ Oktyabr inqilabından əvvəlki dövrdə ərazidə geniş meliorasiya işləri, irriqasiya işləri aparılmış və intensiv suvarılan əkinçiliyin əsası qoyulmuşdur. 1906-cı ildə Qaradonluda ilk məktəb fəaliyyətə başlamışdır və həmçinin ərazidə çoxlu sayda yaşayış evləri, karvansaralar, dəyirmanlar və dükanlar var idi. 1933-cü ildə isə Qaradonlu maşın-traktor zavodunun əsası qoyulmuşdur. Ələt-Mincivan dəmiryolunun çəkilişi nəticəsində əhalinin rayon mərkəzindən dəmiryolu stansiyası olan əraziyə cəmlənməsi başlandı. Bu məqsədlə İmişli kəndi ilə Qaradonlu kəndi arasında 2 mərtəbəli kərpic bina tikildi, beləliklə rayon mərkəzi buraya köçürüldü və rayon İmişli rayonu adlandırılmağa başlandı.
Həmin dövrdə ərazi meşələr və kollarla örtülü idi. Ancaq insanlar ərazidə təmizləmə işlərini aparıb burada binalar ucaltmağa və küçələr salmağa başladılar. İmişli kəndi rayon mərkəzi olaraq sürətlə genişlənməyə başladı. Kəndə çoxlu sayda ekspluatasiya binaları tikildi və kəndin gönünüşü təmamilə dəyişildi. 1944-cü ildə İmişli şəhər tipli qəsəbə, 1960-cı ildə isə şəhər statusunu aldı.
1959-cu ildə Araz çayı üzərində indiki Bəhrəmtəpə ərazisində o vaxtlar üçün unikal sayılan su qovşağı istifadəyə verildi. Öz başlanğıcını buradan götürən Baş Muğan və Əzizbəyov kanalları nəinki İmişli rayonunun həmçinin Saatlı, Biləsuvar və Sabirabad rayonlarının torpaqlarını su ilə qidalandırır. Həmin illər rayonda həmçinin qum-çınqıl karxanaları, dəmir-beton materialları zavodunun əsası qoyuldu. Qaradonlu isə hazırda Muğan düzündəki kəndlərdən biridir.
Coğrafi mövqeyi
İmişli rayonunun ərazisi Kür-Araz ovalığına aid Mil-Muğan düzündədir. Bakı şəhərindən 250 km məsafədə yerləşir.
Relyefi
Ərazisinin çox hissəsi okean səviyyəsindən aşağıdır. Rayonun Şimal sərhəddi boyunca Kür çayı, mərkəzi hissəsindən Araz çayı axır. Rayonda boz-çəmən, qismən boz və çəmən boz torpaqlardan ibarətdir, bitki örtüyü yarımsəhra tiplidir. Arazın sağ sahili Muğan düzünə, sol sahili isə Mil düzünə aiddir. Rayon ərazisinin Mil düzündəki sahəsini Şirvan düzü ilə Kür çayı ayırır.
İqlimi
Yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi var. Orta temperatur yanvar ayında 1,6 ˚C, iyul ayında isə 26,1˚C-dir. İllik yağıntının miqdarı 300 mm-dir.
Geoloji quruluşu
Ərazinin geoloji quruluşunda Antropogen çöküntüləri nisbətən geniş yayılmışdır.
Çayları və su hövzələri
Rayonun şimal sərhədi boyu Kür, mərkəzi hissəsindən Araz çayı axır. Sarısu gölünün çox hissəsi İmişli ərazisindədir.
Landşaftları və bioloji xüsusiyyətləri
Yayı quraq keçən mülayim isti yarıçsəhra və quru çöl iqlimi yayılmışdır. İllik yağıntı 300 mm-dir. Əsas bitki örtüyü yovşan və şoran formasiyasından ibarət yarımsəhra tiplidir. Meşə sahəsi qovaq, qarağac, tut, adi nar, yemişan, itburnu, yulğun kimi ağac və kollardan ibarətdir. Ərazi özünəməxsus heyvanlar aləminə malikdir. Burada qaban, canavar, adi tülkü, boz dovşan, ceyrana çox rast gəlinir. Xırda məməlilər, əsasən qumsiçanı ilə təmsil olunmuşdur. Quşlardan turac, qırqovul,, qaraqarın bağrıqara, bəzgək və dovdaq daha çoxdur.
Arxeoloji abidələri
Qızılkənd kəndində Tunc və Dəmir dövrlərinə aid Yedditəpə kurqanı.
Tarixi-mədəni abidələr
Qızılkənd kəndində orta əsrlərə aid Qızıltəpə yaşayış yeri yerləşir. Aranlı kəndində orta əsrlərə aid Abıştəpə yaşayış yeri var. Qaradonlu kəndində XI-XIII əsrlərə aid yaşayış yeri də tapılmışdır.
Şəhidləri
İmişli şəhidləri bunlardır:
- Milli Qəhrəman İmamverdi Əliyev
- Cavid Dədəkişiyev
- Haqverdiyev Vaqif Ağaxan oğlu
- Əliyev Camal Xasəməddin oğlu
- Abbasov Elbrus Huseynaga oglu
- Paşayev Ülvi Əjdər oğlu
- Cəfərov Qarakişi Məhəmməd oğlu
- Əsədov Kamil Əsəd oğlu
- Nəsirov Çingiz Pəncalı oğlu
- Əhmədov Elşən Cəbrayıl oğlu
- Hüseynov Şaiq Məhyəddin oğlu
- Həsənov Dayandur Qardaş oğlu
- Dayandur Həsənov Qacar
- Qarayev Mehman Dilavər oğlu
- Kərimov Rövşən Balay oğlu
- Xankişiyev Əliheydər Şahlar oğlu
- Zamanov Müşfiq Zaman oğlu
- Fərzəliyev Zahir Fərzəli oğlu
- Quliyev Elşad Gülalı oğlu
- Xəmmədov Elçin Bayram oğlu
- Rüstəmov Teymur Rüstəm oğlu
- Rüstəmov İbadət Səxavət oğlu
- Gözəlov Habil Hilal oğlu
- Novruzov Vətən Cabbar oğlu
- Mirişov Miriş İsfəndiyar oğlu
- Məmmədov Vüqar Xanoğlan oğlu
- Qurbanov Adəm Rəşid oğlu
- Quliyev Yədulla Teymur oğlu
- Cabbarlı Rəşad Tahir oğlu
- Həmidov Əli Hümbət oğlu
- Nəsirov Nofəl Vaqif oğlu
- Əliyev Qamət Fərəc oğlu
- Bağırov Rövşən Əlmusa oğlu
- Cəbrayılov Fikrət Allahverdi oğlu
- Məmmədov Alış Alışan oğlu
- Məmmədov Mikayıl Cavadağa oğlu
- Soltanov Natiq Tofiq oğlu
- Dəmirov Münasib Məmməd oğlu
- Qarayev Sahib Əli oğlu
- Həsənov Zəfər Əhli oğlu
- Paşayev Yaşar
- İmanov Əbülfət Tərlan oğlu
- Abbasov Hafiz Səlimxan oğlu
- Aslanov Müseyib Yolçu oğlu
- Əsədov Səbuhi Əsəd oğlu
- Əliyev Fazil Məmməd oğlu
- Əsədov Teymur Böyük oğlu
- Abbasov Amil Baxış oğlu
- Cəfərov İltizam Möysüm oğlu
- Məmmədov Şahin Əhməd oğlu
- Rəhimov Fazil Şahləddin oğlu
- Məmmədov Süleyman Quluş oğlu
- Qurbanov Elman Şahlar oğlu
- İsmayılov Tərlan İsmayıl oğlu
- Əmiraslanov Yadigar Vəliqulu oğlu
- Hüseynov İslam Heydər oğlu
- Abbasquliyev Arif Temir oğlu
- Qaraşov Sənan Hüseyn oğlu
- Mirzəyev Mahir Mirzə oğlu
- Heydərov Elçin Ağaməmməd oğlu
- Əsədov Vaqif Hüseyn oğlu
- Quliyev Natiq Əşrəf oğlu
- Qurbanov Teyyub Həsən oğlu
- Şükürov Rakif Şükür oğlu
- Şükürov Ziyad Vaqif oğlu
- Qambayev Zülfüqar Cümşüd oğlu
- Əhmədov Nəriman Mahmud oğlu
- Qəhrəmanov Coşqun Aslan oğlu
- Şirəliyev Səftər Əziz oğlu
- Məcnunov Azər Feyzulla oğlu
- Şirməmmədov Teymur
- Əhmədov İlqar Usubəli oğlu
- Qocayev Qənbər Yaşar oğlu
- Kazımov Araz Əfsəl oğlu
- Quliyev Fərhad Abbas oğlu
- Məmmədov Faiq Teyyub oğlu
- Məmmədov Vüqar Fərəc oğlu
- Alışov Rahib Məhərrəm oğlu
- Heydərov Nağı Heydər oğlu
- Quliyev Xəyal Boyan oğlu
- Mikayılov Nadir Adil oğlu
- Abışov Namiq Aldost oğlu
- Məmmədov Rəfail Hətəm oğlu
- Bayramov Ocaqqulu Ocaqverdi oğlu
- Bayramov Lütfiyar Xudaverdi oğlu
- Abdullayev Rizvan Abbaz oğlu
- Mirəliyev Məşədi Dostəli Məhəmmədəli oğlu
- Abuzərov Bəhmən Abuzər oğlu
- Babaşov Qafar Əlyar oğlu
- Aslanov Fikrət Əmiraslan oğlu
- Ocaqov Nizam Atamoğlan oğlu
- Tarıverdiyev Qoşqar Zülfəli oğlu
- Qəhrəmanov Abbas İmamverdi oğlu
- Hüseynov Habil Heydər oğlu
- Teymurov Emin Canbaxış oğlu
- Abbasov Nəzər Gülkərəm oğlu
- Nizami Adil oğlu
- İbayev Qəni Novruz oğlu
- İbayev Nəbi Novruz oğlu
- Süleymanov Mehman Abasəli oğlu
- Bayramov Akif Rəvan oğlu
- Mirzəyev Mübariz Fazil oğlu
- Atayev Azər Əşrəf oğlu
- Məmmədov Rafiq Hüseyn oğlu
- Həsənov Həsən Qurban oğlu
- Əmirov Yaşar
- Mirəliyev Tariyel Rüstəm oğlu
- Əsədov Əlhəm Əsabil oğlu
- Mərdəliyev Qabil Əliağa oğlu
- Məmmədov Kərəm Nurəddin oğlu
- Əsədov İlham Qənbər oğlu
- Hacıyev Rauf Əli oğlu
- Əhmədov Əhməd Pəhlivan oğlu
- Şirinov Müşfiq Vaqif oğlu
- Məmmədov Rəsul Əzim oğlu
İkinci Qarabağ müharibəsi şəhidləri:
- Mehdiyev Əhliman Şaka oğlu
- Abışov Tacəddin Elşən oğlu
- Cəfərov Osman Elsevər oğlu
- Nemət Cavadlı Cavid oğlu
- Teymurov Şaiq Vidadi oğlu
- Süleymanov Emin Bəhmən oğlu
- Şıxıyev Şahəli Əflatun oğlu
- Şirinov Orxan Elxan oğlu
- Abbasov Asim Rasim oğlu
- Hüseynov Şamil Novruz oğlu
- Əsədli Cahid Zahid oğlu
- Şahbazlı Abbas Cavad oğlu
- Hüseynov Nurlan Madər oğlu
- Bəylərov Elnur Etibar oğlu
- Quliyev Elgün
- Quliyev Elçin Ehtibar oğlu
- Şahmarlı Vüsal Mərdan oğlu
- Səfərli Amil Nizamət oğlu
- Gülalıyev Əlnur Seymur oğlu
- Abdullayev Həmdulla Aslan oğlu
- Quliyev Əli Tədbir oğlu
- Nuriyev Vüqar Hafiz oğlu
- Hüseynov Eldəniz Tahir oğlu
- Tağıyev Allahverdi
- Vəliyev Tural
- Bəşirov Hakim Nizam oğlu
- Cavadzadə Anar Tahir oğlu
- Kamranlı Xalid Kazım oğlu
- Musayev Alik Rafiq oğlu
- Həsənov Nemət Emin oğlu
- İsmayılov Elçin Mikayıl oğlu
- Cabbarov Şöhrət Əli oğlu
- Xəmmədov Əmral Zaur oğlu
- Bayramov Elnur Şəmsi oğlu
- Cəfərli Elşən Rafail oğlu
- Məmmədli İsa Sarı oğlu
- Əmrah Çingizoğlu
- Qurbanov Mail Mais oğlu
- Həsənov Elgün Əli oğlu
- Mehdizadə Rüfət İsrayıl oğlu
- Əhmədzadə Elməddin Uğur oğlu
- Hüseynov Nazim
- Səfərli Cavid Xalıq oğlu
- Kərimli Ramin Əli oğlu
- Həsənov Əsəd
Görkəmli şəxsləri
- Vüsal Qasımlı — Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru
- Qəşəm Nəcəfzadə — şair və publisist
- Xanhüseyn Kazımlı — İqtisad elmləri doktoru, professor
- Hüseyn Məmmədov — Rusiya Federasiyası keçmiş Duma deputatı
- Vüqar Fətəliyev – Texnika elmləri doktoru, ADNS Universitetinin dosenti, Dəniz əməliyyatları üzrə meneger, Fəxri Neftçi.
İqtisadi xarakteristikası
İmişli rayonundakı iri sənaye müəssisələrinin bir neçəsi barədə qısa məlumat:
- İmişli Lokomotiv deposu
Lokomotiv deposu 1968-ci ildə istismara verilmiş, işçilərin sayı 218 nəfərdir. Depoda teplovozların cari və əsaslı təmir işləri həyata keçirilir.
- Muradxanlı İriləşdirilmiş Neft Mədəni
Mədən 1970-ci ildə fəaliyyətə başlamış, sutkalıq hasilat gücü 85 tondur. Mədəndə orta aylıq əmək haqqı 460 manat təşkil edir, işçilərin sayı isə 160 nəfərdir.
- Bəhrəmtəpə Dəmir-beton zavodu
Zavod “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin yerli müəssisəsidir, dəmir-beton məmulatları istehsal edir. 1986-cı ildən fəaliyyət göstərir, zavodda 51 nəfər işçi çalışır. Sutkalıq istehsal gücü 75 kubmetr təşkil edir.
- İmişli Dəmir-beton ASC
Zavod 1960-cı ildən fəaliyyət göstərməklə dəmir-beton məmulatları istehsal edir. Zavodda 185 nəfər işçi çalışır. Sutkalıq istehsal gücü 85 kubmetr təşkil edir.
- “Araz” Konservləşdirilmiş Şirələr və Konyak zavodu
Zavod iş adamlarının vəsaiti hesabına tikilmiş və 2003-cü ildə fəaliyyətə başlamışdır. Müəssisədə 150 nəfər çalışır, istehsal gücü 850 şərti bankadır.
- “İmişli şəkər zavodu”
7–8 mərtəbədən ibarətdir. Cənubi Qafqazın ən böyük şəkər zavodudur. Azərbaycanın ən böyük zavodlarındandır. Gündə 1100–1200 ton yüksək keyfiyyətli kristal şəkər istehsal etmək gücünə malikdir.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Rayonda hazırda 63 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar və 14 məktəbəqədər tərbiyyə müəssisəsi fəaliyyət göstərir. 22 ümumtəhsil məktəbi birnövbəli iş rejimində işləyir. Tədris müəssisələrində 17177 şagirdin təlim-tərbiyəsi ilə 1611 müəllim məşğul olur. Müəllimlərdən 1221 nəfəri təhsili ali, 353 nəfəri təhsili orta ixtisas, 4 nəfəri natamam ali və 33 nəfərin isə ümumi orta təhsillidir. Pedaqoji sahədə çalışanların 924 nəfərini qadınlar təşkil edir. Hazırda təhsil müəssisələrində 71 nəfər ayrı-ayrı ixtisaslar üzrə (Azərbaycan dili-ədəbiyyatı −12, riyaziyyat və informatika −6, tarix −3, coğrafiya −16, kimya −20, fizika −5) və s. fənn müəllimlərinə ciddi ehtiyac vardır.
Maddi-mədəni irsi
İmişli rayonu ərazisində tarixi keçmişimizlə bağlı maddi-mədəniyyət abidələrinin izləri çoxdur. Kür-Araz mədəniyyətinə aid saxsı məişət əşylarinin üç min ildən çox yaşı var. Qızıltəpə, Muxurtəpə, Qaratəpə orta əsrlərin istehkamlarıdır. İndiki Bəcirəvan kəndi ərəb istilası dövründəki döyüşkən Bəcirəvan şəhərinin adı ilə səsləşir.
Mətbəx
Rayonda bişirilən toyuq çığırtması öz dadı ilə məşhurdur. Payız vaxtı kərə yağında qızardılmış təzə kənd toyuğu doğranmış soğanın üzərinə sıxılmış nar şirəsi ilə birlikdə süfrəyə verilir.