İmişlidə yol qəzası olub, yaralananlar var

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə saat 17 radələrində, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu Qulubəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük və minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım heyəti və İmişli Rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.

Oxşar Xəbərlər