İlham Əliyev bütün dünyada tanınan görkəmli və müasir dövlət xadimidir. Doğma Azərbaycanda o, böyük hörmət və nüfuza malikdir. İndi Azərbaycan Prezidentinin siyasi portreti bütün dünyada tanınır.
Cənab İlham Əliyev dərin intellektə malik, dövlət idarəçiliyində təcrübəyə malik, müasir siyasətçi kimi qəbul edilir. Onun Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. O, sürətlə dəyişən müasir dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə, danışıqlarda Azərbaycanın maraqlarını bütün sahələrdə yüksək səviyyədə müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu artmaqdadır.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Qələbəli Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illər boyu yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında süqut etdi, Ermənistan ordusu məğlub oldu və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə illərində onlarla müsahibələr verib, bəzi ermənipərəst jurnalistlərin təxribat xarakterli suallarını cavablandırıb; tarixi faktlar və sübutlarla cavab verdi.
Azərbaycanın daha bir tarixi Qələbəsi bu il sentyabrın 19-da rəşadətli ordumuzun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri oldu ki, bu da qısa zamanda öz müsbət nəticəsini verdi – qarşıya qoyulan məqsədlərə cəmi 24 saat ərzində nail olundu. Bu, bir daha onu göstərir ki, Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülh və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda, dövlətimizin başçısının ətrafında “dəmir yumruq” kimi sıx sıxışan xalqımızın növbəti tarixi Qələbəsi olan Prezident İlham Əliyevin qətiyyətli, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi oldu.
Prezident İlham Əliyev bir yaradıcı lider kimi işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışın həyata keçirilməsində inanılmaz qətiyyət və əzmkarlıq nümayiş etdirir. Görülən bütün işlər Azərbaycan xalqının daha xoşbəxt həyatının, bütün Azərbaycan vətəndaşlarının daha firavan sabahının bərqərar olmasına yönəlib.
Vətəndaşlar isə öz növbəsində öz Prezidentinə ürəkdən inanır, taleyini ona etibar edir, arxalanır, harada, hansı ölkədə olmalarından asılı olmayaraq, öz rəhbərinin dəstəyini, gücünü hiss edir və bununla fəxr edir.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.
Azərbaycan Yəhudi Media Mərkəzi adından Cənab Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, daim möhkəm cansağlığı, xoşbəxtlik, xoş əhval-ruhiyyə arzu edirik.