İndoneziyada “Boeing” qəzası qurbanlarının meyitləri aşkarlandı

Yan10,2021

İndoneziya xilasediciləri qəzaya uğramış “Boeing 737-524”-də həlak olmuş insanların meyitlərinin qalıqlarını aşkar ediblər.

“QİA.AZ” “Detik” portalına istinadən xəbər verir ki, bu barədə paytaxtın hüquq-mühafizə orqanları idarəsinin nümayəndəsi Umar Şahab bildirib.

“Təxmin edilir ki, meyitlərin qalıqları sahilə çatdırılıb və artıq meyitxanaya göndərilib. Orada onların DNT analizləri aparılacaq və nəticələr daha əvvəl qohumlardan götürülmüş analizlərlə tutuşdurulacaq”, – o, “Detik” portalına bildirib.

Bundan başqa, İndoneziyanın Hərbi Dəniz Qüvvələri qəzanın baş verdiyi əraziyə 10 gəmi və təxminən 40 dalğıc göndərəcək.

Ötən gün İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsi Cakarta yaxınlığında suya düşüb. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, 65 nəfər olub. Onların hamısı qəzada həlak olub.

Oxşar Xəbərlər