İndoneziyada iki pilot yatıb, 153 sərnişini olan təyyarə idarəetmədən çıxıb.
QİA.az xəbər verir ki, İndoneziyada sərnişin təyyarəsində baş verən bu hadisə dünya gündəminə bomba kimi düşüb.
Cakartadan Kenderiyə gedən 153 nəfərin olduğu təyyarədə olan iki pilotun səyahət zamanı təxminən yarım saat yatdığı məlum olub.
Bildirilib ki, pilotlar yatarkən təyyarə iradəetmədən çıxıb. Nəticədə təyyarə avtopilotda hərəkət edib.
Yarım saat sonra pilotlar oyanıb və təyyarənin pultuna nəzarəti bərpa ediblər.
Ümumi uçuş 2 saat 35 dəqiqə olub. Xoşbəxtlikdən qəza baş verməyib.