İngiltərə Premyer Liqası: “Çelsi” “Vest Hem”i böyük hesabla məğlub etdi

May5,2024

İngiltərə Premyer Liqasında 36-cı tur həyəcanı davam edir.

QİA.az Oxu.Az-a istinadən xəbər verir ki, “Çelsi” doğma meydanda “Vest Hem”i qəbul edib.

15-ci dəqiqədə Kol Palmer hesabı açıb -1:0. 36-cı dəqiqədə Konor Qallaqer fərqi 2-yə yüksəldib -2:0. Bu qoldan ruhlanan “zadəganlar” rəqibi yenidən cəzalandırıblar. Noni Madueki 36-cı dəqiqədə Tiaqo Silvanın ötürməsini qolla tamamlayıb -3:0. Qonaqlar fasilədən sonra toparlanmağa çalışsalar da, alınmayıb. Əvəzində meydan sahibləri fərqi daha da artırıblar. Nikolas Cekson 48 və 80-ci dəqiqədə vurduğu qollarla görüşün yekun nəticəsini müəyyənləşdirib – 5:0.

Qeyd edək ki, 5-0 hesabı ilə qalib gələn “Çelsi” 54 xalla 7-ci pilləyə yüksəlib. “Vest Hem” 49 xalla 9-cudur.

Oxşar Xəbərlər