İngiltərə Premyer Liqası yayımçıları ilə müqaviləni uzadıb

May13,2021

Futbol üzrə İngiltərə Premyer Liqası yayımçı şirkətlərlə müqavilənin daha üç il uzadıldığını açıqlayıb.

“QİA.az” yarışın rəsmi saytına istinadən xəbər verir ki, yayım hüquqları növbəti dəfə “Sky Sports”, “BT Sport”, “Amazon Prime Video” və “BBC Sport”a tender prosesinə ehtiyac olmadan verilib.

Ümumi dəyəri təxminən 7,1 milyard ABŞ dolları olan sözləşmə 2024/2025 mövsümünün sonunadək artırılıb.

Oxşar Xəbərlər