İngiltərə Premyer Liqasının oyunu koronavirusa görə təxirə salınıb

Dek1,2020

İngiltərə Premyer Liqasının “Aston Villa” – “Nyukasl” oyunu təxirə salınıb.

QİA.AZ-ın məlumatına görə, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Təxirəsalmaya səbəb koronavirus pandemiyasıdır. Qonaqların heyətində kütləvi yoluxmaların olması matçın keçirilməsini mümkünsüz edib. Nəticədə görüş qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, Birminhemdəki qarşılaşma dekabrın 4-də keçirilməli idi.

Oxşar Xəbərlər