İngiltərədə 19 yaşlı iki futbolçu polis tərəfindən saxlanılıb

Apr24,2024

İngiltərə çempionatının klublarından birində çıxış edən iki futbolçu zorakılıqda şübhəli bilinərək saxlanılıb.

QİA.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti yazıb.

Mənbənin sözlərinə görə, ehtimal olunan cinayət aprelin 19-da, axşam saatlarında baş verib.

Hər iki futbolçunun 19 yaşında olduğu və onların klublarının stadionunun yaxınlığında saxlanıldığı bildirilir. Polis futbolçuların ifadə verdiyini təsdiqləyib və istintaqa qədər zaminə buraxılıb.

Oxşar Xəbərlər