İngiltərədə iki dinozavr növü tapılıb

Sen29,2021

İngiltərənin cənub-qərb sahilləri yaxınlığındakı Uayt adasında nəsli kəsilmiş nəhəng spinozaurusa (onurğalı kərtənkələ) yaxın olan iki iri yırtıcı dinozavr növü aşkarlanıb.

QİA.AZ” xəbər verir ki, bu tapıntı barədə hesabat “Scientific Reports” nəşrində dərc olunub.

Adanın sahilində tapılan 50-dən artıq sümüyün mezozoy erasının erkən çağlarına (125 milyon il əvvəl) aid olduğu bildirilir.

Sauthampton Universiteti əməkdaşlarının apardığı tədqiqata görə, tapılan sümüklərin spinozaurid ailəsinə aid indiyədək naməlum olan iki dinozavr növünə məxsus olduğu ortaya çıxıb. Həmin dinozavrların uzunluğu 15 metrədək olub.

Oxşar Xəbərlər