İngiltərədə keçirilən beynəlxalq moda həftəsində Azərbaycanın milli geyimləri nümayiş etdirilib – FOTO

May26,2024

İngiltərədə keçirilən beynəlxalq moda həftəsində Azərbaycanın milli geyimləri nümayiş etdirilib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, İngiltərənin Şefild şəhər məclisi ilə Mədəni Moda və İncəsənət (Cultural Fashion and Art) assosiasiyası tərəfindən Şefild şəhərində keçirilən beynəlxalq moda həftəsində Azərbaycan Rəqs və Musiqi Qrupunun rəhbəri Səkinə Muxtarlının təşəbbüsü ilə Azərbaycan milli geyimləri sərgilənib.

Moda sərgisində Azərbaycanın müxtəlif bölgələrindən milli geyimlər, Basqal kəlağayıları, milli atributlar xarici modellər tərəfindən nümayiş etdirilib. Həmçinin musiqi və rəqs nömrəsi ifa edilib, qrupun azyaşlı uşaqları sərgidə balaca çoban, sarı gəlin, üzümçü qız, yazıçı oğlan kimi müxtəlif obrazlarda milli geyimləri xarici qonaqlara nümayiş etdiriblər.

Oxşar Xəbərlər