İngiltərədə pandemiya ilə əlaqədar məhdudiyyətlər 19 İyulda ləğv olunacaq – Boris Conson

İyn 14, 2021

İngiltərədə pandemiya ilə bağlı məhdudiyyətlər iyulun 19-da, əvvəlcədən təyin edilmiş tarixdən bir ay gec (21 İyun) ləğv olunacaq.

QİA.AZ-ın məlumatına görə, bu qərarı Böyük Britaniyanın baş naziri Boris Conson Londonda keçirdiyi mətbuat konfransında açıqlayıb.

Baş nazir bildirib ki, bu tarixə qədər ölkənin bütün yetkin yaşa çatan əhalisinə peyvəndin ilk dozasını vurulması planlaşdırılır.

Məhdudiyyətlərin təxirə salınmasının əsas səbəbi koronavirusun Hindistan variantına (ÜST-nin yeni təsnifatına görə “Delta” ştammı) yeni yoluxma hallarının sayının sürətlə artması olub.

Oxşar Xəbərlər