Dağlıq Qarabağda davam edən müharibə onu göstərdi ki, insan həyatı Ermənistan hökuməti üçün heç əhəmiyyət daşımır.
QİA.AZ-ın məlumatına görə, bu barədə Ermənistanın “168.am” nəşri yazır.
Məqalədə qeyd olunur ki, bir müddət əvvəl baş nazir Nikol Paşinyan öz çıxışında Ermənistan ordusunun verdiyi itkilər barədə bir söz belə demədi. Hakimiyyətin ətaləti, xarici siyasi korpusun səmərəsizliyi insan ölümlərinə səbəb olur:
“Müharibə onu göstərdi ki, insan həyatı Ermənistan hökuməti üçün heç bir əhəmiyyət daşımır. Onlar üçün yalnız ambisiyalar, naməlum qüvvələr qarşısındakı öhdəliklər, dumanlı siyasi hesablaşmalar mövcuddur və bunun bədəlini erməni xalqı çox ağır ödəyir. İndiki hökumət bilməlidir ki, bu gün, sabah, bir həftə sonra, bir ay sonra qisas vaxtı çatacaq. Ermənistan hakimiyyəti bunun cavabını verməlidir”.