Dünyanın bir sıra ölkələrində instaqram və feysbuk sosial şəbəkələrinin istifadəçiləri nasazlıqlardan şikayətlənirlər.
Bu barədə məşhur internet resurslarının fəaliyyətini “Downdetector” saytı məlumat yayıb.
Problemlər əsasən ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Kanada, Polşa, Rusiya və digər ölkələrdən olan istifadəçilər tərəfindən bildirilir.
Məlumata görə, instaqramın problemləri daha çox proqramla, həmçinin server bağlantıları və saytın yüklənməsi ilə bağlıdır. Feybukdakı uğursuzluqlar əsasən saytın fəaliyyəti ilə əlaqədardır, belə ki, istifadəçilər akkauntlara daxil olmaqda çətinlik çəkirlər.