İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

Mar27,2024

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb.

QİA.Az xəbər verir ki, bu barədə “Report”a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:

“O, səhhəti yaxşılaşdığından ambulator müalicə üçün evə buraxılıb”.

Qeyd edək ki, Kifayət Gəncəli (Məmmədova) 1937-ci ildə Gəncədə anadan olub. Müğənninin Qızıl fondda 300-ə yaxın lent yazısı var. Onların arasında “Leylam”, “Elə bağlıyam”, “Tələbəlik illəri”, “Xatırla məni” və digər ifalar yer alır. O, 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Oxşar Xəbərlər